Hər şeydən əvvəl biz yeni müharibə istəmirik
Prezident Ərdoğan bildirib ki, “ABŞ ilə İran arasında yaranan gərginliyin regionu yeni bir qarşıdurmaya və xaosa sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik.
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə etdiyi səfərlərdən sonra Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib və sualları cavablandırıb.
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirin liderləri və nümayəndə heyətləri ilə son dərəcə faydalı görüşlər keçirdiklərini qeyd edərək bildirib:
“İkitərəfli münasibətlərimizi bütün istiqamətləri ilə əhatəli şəkildə müzakirə edib. Regionumuzun aparıcı ölkələri olaraq ‘regional sahiblənmə’ yanaşması çərçivəsində başda Fələstin və Suriya olmaqla aktual proseslərlə bağlı fikir mübadiləsi apardıq”.
TRT Haber
Səadət Əlizadə
