00:00:00
Yazar
Admin User
29.09.2023 18:22 341 2 dəq oxuma
Sosial

"Hər zaman ürəyi Azərbaycan xalqı ilə döyünürdü"

"Hər zaman ürəyi Azərbaycan xalqı ilə döyünürdü"

Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında vəfat edib.


Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib. 20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin və yüzlərcə məqalənin müəllifidir. Qənirə Paşayeva üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı seçilib.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

 

Millət vəkili Ceyhun Məmmədov Qənirə Paşayeva ilə bağlı olan xatirələrini İnformator.az-a danışıb. O bildirib ki, Qənirə xanım öz dövlətini, xalqını sevən Azərbaycanın qadınlarından biri idi:

 

"Hər zaman ürəyi Azərbaycan xalqı ilə döyünürdü. Çox illər öncə onu tanımışdım. Azərbaycan radiosunda çalışdığı dönəmlərdə biz daim onunla əlaqədə olmuşuq. Milli Məclisdə davamlı olaraq bizim görüşlərimiz davam edirdi. Eyni zamanda Milli Məclisdə öz vətənpərvər çıxışları ilə hər zaman diqqətləri cəlb edirdi. Öz imkanları ilə aktual məsələləri qaldırırdı. Əlbəttə ki, onun dünyasının dəyişməsi hər bir həmkarımızı dərindən sarsıdıb. Bizlərə çox çətindir, Allah rəhmət eləsin. Təsəllimiz odur ki, bu dünyadan köçsə də, insanların onun haqqında olan xoş sözləri, fikirləri hər zaman davam edəcək və xoş xatirələrlə yaddaşlarda qalacaq".

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər