00:00:00
Yazar
Admin User
13.01.2026 08:16 69 1 dəq oxuma
Dünya

Hərbi Gürcüstan yolu yenə bağlanıb

Hərbi Gürcüstan yolu yenə bağlanıb

Qar uçqunu təhlükəsi səbəbindən Hərbi Gürcüstan Yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil yolları Departamenti məlumat yayıb.

 

“Mtsxeta - Stepantsminda - Lars beynəlxalq avtomobil yolunun Qudauri (Posta) - Kobi hissəsinin 93-107 km-lik hissəsində yüksək səviyyədə qar uçqunu təhlükəsi mövcuddur, buna görə də bu hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağandır”, - departamentdən bildirilib.

 

Qeyd edək ki, bir neçə gün öncə Rusiya da qar uçqunu təhlükəsi səbəbindən Hərbi Gürcüstan yolunun Şimali Osetiyadan keçən hissəsini bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər