Huşunu itirən Medinanın son vəziyyəti açıqlanıb
UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda İtaliyada “Napoli” ilə keçirilən oyunun ikinci hissəsinin əvvəlində zədə alan "Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün aparılan müayinələr nəticəsində müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda sabah istirahət edəcək. Medinanın noyabrın 28-dən komanda ilə məşqlərə qoşulması gözlənilir.
Qeyd edək ki, oyun epizodlarının birində rəqib futbolçunun qüvvətli zərbəsindən sonra Kevin Medinanın üzünə tuş gəlib. Nəticədə kolumbiyalı futbolçu huşunu itirib.
