Həyatın harmoniyası: Qadın
Bu gün, 7 mart Sosial elmlər və psixologiya fakültəsinin “BDU könüllüləri” və TGT-nin birgə təşkilatçılığı ilə “Həyatın Harmoniyası: Qadın” adlı tədbir keçirilib.
Tədbirdə bəşəriyyətimizin ayrılmaz hissəsi olan qadınların cəmiyyətdəki rolu haqqında ətraflı məlumatlar və maraqlı çıxışlar təqdim edilib.
Tədbirin moderatoru BDU Karyera və Məzunlarla İş Mərkəzi, Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova "Qadınların əmək bazarında rolu" panel müzakirəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Mülki və Kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri Nazənin Hüseynova "Qadınlar hüquqda", İrşad Electronics Marketinq Departamentinin rəhbəri Şəbnəm Hümbətova "Qadınlar Marketinqdə", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Software developer Günel Vəlibəyli isə "Qadınlar texnelogiyada" mövzularında çıxış ediblər.
Nigar Həsənzadə