Həyəcan siqnalı verən Rusiya təyyarəsi təhlükəsiz eniş edib
Dubaydan Moskvaya uçan "Utair" şirkətinə məxsus təyyarə texniki problemlər səbəbindən istiqamətini dəyişərək geri dönüb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, təyyarə yerə enməzdən öncə 1,5 saat BƏƏ paytaxtının səmasında dövrə vurub.
Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə, təyyarə yanacaq çəninin boşalması üçün havada dövrə vurduqdan sonra təhlükəsiz şəkildə eniş edib.
