00:00:00
Yazar
Admin User
09.06.2015 17:46 719 1 dəq oxuma
İdman

I Avropa Oyunlarında iştirak edəcək dövlət nümayəndələri

Rusiya prezidenti Vladimir Putinin açılış mərasimində iştirak edəcəyi də təsdiqlənib
I Avropa Oyunlarında iştirak edəcək dövlət nümayəndələri

Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyi təsdiqlənib. Türkiyə prezidenti Recep Tayyip Erdoğanın da açılışa qatılacağı gözlənilir. Bir çox ölkələrdən isə tədbirə ölkə başçıları gəlmir. Böyük Britaniyanı nazir müavini Tobias Ellwood, Çexiyanı parlamentin deputatlar palatasının sədri Jan Hamacek, Gürcüstanı isə baş Nazir İrakli Gharibashvili təmsil edəcək. Fransa və Belçika hələ də mərasimdə hansı siyasi simanın iştirak edəcəyini müəyyənləşdirməyib. Ukraynadan mərasimdə Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka və İdman və Gənclər naziri İgor Jdanov iştirak edəcək.

Ukraynadakı hərbi vəziyyətə görə ölkə rəhbərliyindən kimin bu mərasimdə iştirak edəcəyi hələ dəqiqləşməyib. Mərasimə həmçinin Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Jacques Rogge da dəvət olunub. Belçika krallığının səfirliyindən alınan məumata görə, onun tədbirdə iştirakı gözlənilir.

Yunanıstanı isə mərasimdə İdman nazirinin müavini təmsil edəcək. “Oyunların açılış mərasimində İdman Nazirinin müavininin iştiraki ən başdan müəyyənləşdirilmişdi”,-deyə səfirlik cavab verib. Bəzi saytlarda Yunanıstan prezidentinin mərasimdə iştirak etməyəcəyi və buna səbəb kimi isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar göstərilir. Qeyd edək ki, mərasim iyunun 12-də Bakı şəhərində Olimpiya Stadionunda baş tutacaq

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər