00:00:00
Yazar
Admin User
25.02.2016 06:59 374 1 dəq oxuma
Sosial

I sinfə şagird qəbulunun vaxtı açıqlanıb

I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir.
I sinfə şagird qəbulunun vaxtı açıqlanıb

Təhsil nazirinin 19 fevral 2016-cı iltarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir.

İnformator.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarına elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun mart ayının əvvəlində başlaması nəzərdə tutulub: “Bu barədə yaxın günlərdə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd olunub ki, şagirdlərin I sinfə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər