00:00:00
Yazar
Admin User
31.10.2023 15:29 291 2 dəq oxuma
Sosial

İbadətlə məşğul olanlar belə bəzən günahların yuya bilmir

İbadətlə məşğul olanlar belə bəzən günahların yuya bilmir

“İnsan ali bir varlıqdır. Onu yaradan ona çox ali və uca dəyərlər verib. Yaradan məsuliyyət olaraq insana yer üzünün xəlifəsi, göy üzünün mələklərindən belə ali bir vəzifəni yükləyib”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış ilahiyyatçı Ağa Hacıbəyli söyləyib. Onun sözlərinə görə, insan həm gözəl yaradılıb, həm də qüsurlu var edilib.

 

“Önəmli olan isə insanın qüsuruna deyil, gözəlliyinə, fəzilətinə baxmaqdır. Həyatda yanlış insanlar səhv yola nəzər eyləyər, imandan ayrı düşər, bəzən də haramlıqla məşğul olarlar”.

 

İlahiyyatçının sözlərinə əsasən, yanlış işlərlə məşğul olan zaman insan çirklənməyə başlayır.

 

“Bundan sonra isə fitrətini təmizləmək üçün bir yol axtarır. Günahlarını yumaq üçün kimi sədəqə verir, kimi Allah evinə üz tutu ki, içindəki Kəbə evi onu təmizləsin. Elə adamlar da var ki, özünü təmizə çıxara bilsin deyə, namaz qılır, quran oxuyur”.

 

Ağa Hacıbəyli düşünür ki, əslində, bütün bunlar bizim ibadət həyatımızdır.

 

“Bundan əlavə bir də bizim sosial həyatımızdakı davranışlarımız önəmli mövqe daşıyır. Biz ona görə ibadət edirik ki, Allaha yaxın olaq. Nəticədə isə sosial həyatda insanlara aqressiv yanaşmayaq, adamları qınamayaq, insanları təndiq etmək yerinə, onlara mərhəmət göstərək”.

 

A.Hacıbəyli əlavə edir ki, Quran oxumaqla, namaz qılmaqla, ziyarətgahlara getməklə bəzən hər adam günahların yuya bilmir.

 

“Amma insan inanmalıdır ki, bəzən bir cümlə, bir söz, yaxud Qurandan bir ayənin, surənin oxunması belə bizim həyatımızı dəyişə bilər. Qurani-Kərimdə bir surədə deyilir ki, bir xalq özü-özünü dəyişmədikcə, Allah onu dəyişməz”.

 

İlahiyyatçı deyir ki, dəyişmək o demək deyil ki, insan fitrətini, xarakterini dəyişə.

 

“Dəyişmək odur ki, yanlış yola nəzər eyləyən insanlar öz yolundan, pis əməllərindən dönsünlər. Təmizlənmək istəyən, insanlığının zirvəsinə yelkən açmaq istəyən hər kəs istəsə, iradəsini ortaya qoysa, o çirkin əməllərdən üz döndərər, tövbə edər, qəlbinə sevgi endirər, haqq yola yönələr, nifrəti xaric edər. Nəticədə isə tövbə edən hər kəs könül insanına çevrilər, ağzının ədəbini bilər, doğru yolun yolçusu olar”.

 

Müsahib sonda deyir ki, elə insanlar da var ki, onlar sadəcə qabıqlarını dəyişə bilərlər.

 

“Necə ki, ilan da qabağını dəyişə bilir..Bu insanlar isə günü-gündən daha çox zalımlaşar, tüğyan edər. Amma biz insanıq. Bizim ruhumuz, qəlbimiz var. Hələ də bu millətin, qazi xalqın övladları olaraq biz də istərik ki, millətimiz Cənnət əhli olsun”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər