İbrahim Yumaklı: Türkiyənin kənd təsərrüfatı infrastrukturu böhranlara davamlıdır
Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı bildirib ki, ölkənin istehsal infrastrukturu son 23 ildə həyata keçirilən qanunlar və dəstək proqramları sayəsində böhranlara qarşı daha dayanıqlı olub.
O qeyd edib ki, Türkiyə mürəkkəb geosiyasi bölgədə yerləşsə də, sabitliyini qoruyur və “barış adası” kimi çıxış edir. Qida təhlükəsizliyi sahəsində ciddi tədbirlər görülüb, ehtiyatlar və stoklar kifayət qədərdir.
Nazirin sözlərinə görə:
“ Pandemiya və digər böhranlar zamanı ərzaq qıtlığı yaşanmayıb. Gübrə və digər kənd təsərrüfatı resursları ilə bağlı problem yoxdur. Alternativ tədarük yolları və vergi güzəştləri tətbiq edilib. Qida təhlükəsizliyi üçün ildə orta hesabla 1,3 milyon yoxlama aparılır, qaydalara əməl etməyənlərə ciddi cərimələr tətbiq olunur “.
Bundan əlavə:
1) Sosial mediada yayılan dezinformasiyalara qarşı vətəndaşlara rəsmi mənbələri izləmək tövsiyə olunur
2) Yeni “Güvenilir Gıda” mobil tətbiqi ilə vətəndaşlar məhsulları və obyektləri yoxlaya biləcək
Nazir həmçinin vurğulayıb ki, iqlim dəyişikliklərinə qarşı su ehtiyatlarının idarə olunması və suvarma sistemlərinin inkişafı davam edir.
Sonda isə gəncləri və qadınları kənd təsərrüfatında aktiv iştirak etməyə çağırıb.
TRT HABER
Reyhan Quliyeva