İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN ŞAGİRD PSİXOLOGİYASINA TƏSİR GÖSTƏRƏN DAVRANIŞLARI
Müəllimlər həyatımızda ən mühim yerə malik olan şəxslərdir. Bəzi hallarda müəllimlərin şagirdlər üzərində mənfi düşüncələri onların psixologiyasına təsir göstərir. Mövzu barədə psixoloq Aytən Ələkbərova açıqlama verib.
"İbtidai sinif müəllimlərin şagirdlərin şəxsiyyətinin formalaşdığı dövrdə onlara davranışı, etdiyi ayrıseçkiliklər şagirdlərdə özgüvən problemi, "mən bunu bacarmayacam" düşüncəsi yaradır. Bu hər müəllimə şamil deyil. Müəllimlərin "bu uşaq əlaçıdır, arxada oturandan heç nə olmayacaq" kimi cümlələri uşağın alt şüurunda qalır. Bir zaman uğursuzluqla üzləşdikdə, hər-hansı bir sinif yoldaşı həmin şəxsi gördükdə "müəllim demişdi da səndən adam olmayacaq" sözünü ona xatırladır. Ailəsi tərəfindən dəstək görən uşaqlar həmin fikirləri özlərindən uzaqlaşdıra bilərlər".
Psixoloq qeyd edir ki, "biz karyera həyatımızdakı uğurları bizi öyrədən müəllimlərimizə borcluyuq, amma bəzi müəllimlərin elə sözləri, davranışları olur ki, şagirdləri bezdirir".
ÇİNARƏ MURADOVA
