00:00:00
Yazar
Güllər Gülhüseynova
17.07.2026 22:45 23 2 dəq oxuma
Sosial

İcbari tibbi sığorta rəqəmsallaşdırılır

İcbari tibbi sığorta rəqəmsallaşdırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin birinci yarımili ərzində əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

 

Hazırda icbari tibbi sığorta üzrə xidmətlərin tam rəqəmsallaşdırılması işləri aparılır. Əsas prioritetlər icbari tibbi sığorta üzrə xidmətlər üçün göndərişlərin şəffaflığının və operativliyinin təmin edilməsi, əhalinin tibbi xidmətlərlə təminatı işinin keyfiyyətinin yüksəldilməsidir.

 

Mövzu ilə bağlı İT mütəxəssisi Kamran Əsədullayev “İnformator.az”a açıqlamasında bildirib ki, elektron sağlamlıq məlumatlarının təhlükəsizliyi rəqəmsallaşdırmanın prioritetlərindən biridir:

 

“Bunun üçün məlumatlar müasir şifrələmə üsulları ilə qorunur, sistemlərə giriş yalnız səlahiyyətli şəxslər üçün mümkün olur və hər bir giriş əməliyyatı elektron şəkildə qeydiyyata alınır. Eyni zamanda çoxmərhələli identifikasiya, müntəzəm kibertəhlükəsizlik auditləri və ehtiyat nüsxələmə mexanizmləri tətbiq edilməklə məlumat itkisi və icazəsiz müdaxilə riskləri minimuma endirilir. Bu yanaşma həm vətəndaşların şəxsi məlumatlarının məxfiliyini, həm də səhiyyə sisteminə olan etimadı gücləndirir. Rəqəmsallaşdırma kağız sənəd dövriyyəsini əhəmiyyətli dərəcədə azalda bilər və bir çox xidmətlərin tam elektron formada göstərilməsinə imkan yaradar. Bununla belə, qısa müddətdə kağız sənədlərin tamamilə aradan qalxacağını demək düzgün olmaz. Hüquqi tələblər, bəzi tibbi prosedurlar və bütün tibb müəssisələrinin eyni səviyyədə rəqəmsallaşmaması keçid dövrünü zəruri edir. Uzunmüddətli perspektivdə isə vahid elektron sağlamlıq sistemi, elektron imza və inteqrasiya olunmuş dövlət informasiya sistemləri sayəsində kağız sənəd dövriyyəsinin minimum səviyyəyə endirilməsi real hədəf hesab olunur”.

 

Güllər Gülhüseynova

#Sığorta #tibbi #rəqəmsal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər