00:00:00
Yazar
Admin User
12.12.2024 16:38 258 1 dəq oxuma
Sosial

İctimai nəqliyyatda interval problemi nədən qaynaqlanır?

İctimai nəqliyyatda interval problemi nədən qaynaqlanır?

Avtobuslar gecikir, qatarlar ləngiyir, vətəndaşlar isə mənzil başına vaxtında çata bilmirlər. Son zamanlar sərnişinlər avtobusların dayanacaqlara gec gəlməsindən şikayətlənirlər. Bəzən soyuq havada saatlarla gözləməli olurlar.

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatda interval problemi adətən intervalların kəsişməsi zamanı yaranır:

 

"Bu problem də əsasən hərəkətin təşkili zamanı ortaya çıxır. Əgər nəqliyyat vasitələri hər hansı ərazidə gediş-gəlişi təmin etməzsə, o ərazidə intervalların aktivləşdirilməsi və problemlərin həllinə nail olmaq kimi məsələlər xarakterikdir. Bununla da məsələnin həllinə nail olmaq olar".

 

Ekspert sözlərində, metroda yaranan interval problemini də qeyd edib:

 

" Metroda intervaldan söhbət gedirsə, metrolarda intervallar mütləqdir ki, hərəkət üzrə dayanıqlığı təmin edə bilsin. Yəni qatarlar toqquşmasın, qatarların hərəkət intervalı kəsişməsin. Bu zaman problemlərin həlli tapılar".

 

Mehriban Nəsibova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər