00:00:00
Yazar
Admin User
25.08.2023 12:05 314 1 dəq oxuma
Sosial

İDMAN DƏRSLƏRİNDƏ ÜZGÜÇÜLÜK ÖYRƏDİLƏ BİLƏR?

İDMAN DƏRSLƏRİNDƏ ÜZGÜÇÜLÜK ÖYRƏDİLƏ BİLƏR?

  Havaların isti keçməsi insanları sonu bədbəxt hadisələrlə yekunlaşan su hövzələrinə yönəltdi. Yayın başlamasından su hövzələri onlarla can aldı, hələ də almağa davam edir. İnsanlar suda həyatlarını itirmələrinin ən böyük səbəblərindən biri onların üzə bilməməsidir. Bu problem başqa mövzunu aktuallaşdırır. Məktəblərdə tədris edilən idman dərslərində üzgüçülük öyrədilə bilərmi?

  Praktik cəhətdən bunu məktəblərdə təşkil etməyin qeyri-mümkün olduğunu deyən təhsil eksperti Cahid İmanlının sözlərinə görə, dövlət məktəblərində idman zalları olsa da, üzgüçülük dərslərinin keçirilməsi üçün heç bir şərait yoxdur. “Ola bilər ki, özəl məktəblərdə bu şərait yaradılsın, ümumtəhsil məktəblərində həmin şəraiti yaratmaq maddi baxımdan mümkün deyil”. Praktik biliklər mümkün olmasa da, ekspert deyir ki, həyat bilgisi, idman kimi dərslərdə uşaqlara üzgüçülüklə bağlı nəzəri biliklər ötürülə bilər. “Bu mövzu aktual hal alarsa, dərsdən kənar məşğələlər salıb uşaqlara üzgüçülük öyrətmək olar, amma hal-hazırda, eləcə də növbəti illərdə bunun məktəbdə keçirilməyi qeyri-mümkündür”.

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər