00:00:00
Yazar
Admin User
03.02.2026 19:01 71 1 dəq oxuma
İdman

İdman klublarının gənclər üçün inkişaf rolu

İdman klublarının gənclər üçün inkişaf rolu

Azərbaycanda idman klubları təkcə peşəkar idmançı hazırlamaqla kifayətlənmir. Onlar gənclərin fiziki inkişafına, sosial bacarıqlarına və sağlam həyat tərzinə töhfə verən mərkəzlərə çevrilib. Klublar gənclərə disiplin, komanda ruhu və liderlik bacarıqları öyrətməklə yanaşı, onları motivasiya edir və stressdən uzaqlaşdırır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında fitness müəllimi Rəşid Rəşidli bildirib ki, idman klubları gənclərin inkişafına həm yaxşı, həm də pis töhfə verir:

 

"Yaxşı tərəfi odur ki, bir uşaq akademiyada başlayır. Futbola, voleybola, basketbola akademiyada başlayır. Amma biri də var ki, balaca yerlərdə sertifikatı olan və olmayan hər kəs məşq keçirir. Həftədə 1 dəfə, 2 dəfə. Bu uşağın isə 16 yaşa gələndə professional olma şansı 100/20-ə bərabərdir. Çünki 16, 17, 18 yaşa kimi bir insan artıq professional olmalıdır. Amma bunlara həvəskar kimi göstərirlər, sırf özləri pul əldə etsinlər deyə. Akademiyalar elə deyil. Akademiyalar bir uşağa həm disiplin, həm də yaxşı bir idmançı yetişdirir. Akademiya ilə adi yerlər arasında böyük fərq var. Bu fərqə görə akademiyada öyrənən uşaqlar gələcək üçün addımlar atır. Digər yerlər isə uşağın vaxt itkisi, valideynin isə pul itkisidir. İnkişaf üçün disiplinli məşqçi yanında başlayırsa, gələcəkdə uğur qazanır. Seçimləri düzgün etmək lazımdır ki, yeni nailiyyətlər, yeni ətraf və daha yaxşı bir sağlamlığa sahib olsunlar".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər