00:00:00
Yazar
Admin User
31.10.2025 16:46 119 1 dəq oxuma
İdman

İdmançımız Avropa birinciliyində 3 gümüş medal qazanıb

İdmançımız Avropa birinciliyində 3 gümüş medal qazanıb

"Tehran bizim gənc, perspektivli idmançılarımızdan sayılır. O öz çəki dərəcəsində həm ölkədaxili yarışlarda, həm də qitəmiqyaslı yarışlarda sözünü deyib. Tehran Məmmədov sübut edib ki, güclülərdəndir. Biz ondan Federasiya olaraq medal gözləyirdik".

 

Bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat katibi Mehman Rəsulov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Tehran böyük ümidləri doğruldub:


"Əsas odur ki, onun qaldırdığı çəkilərdə, göstəricilərində bir inkişaf dinamikası var. Önəmli olan budur ki, böyüklərin də yarışında da, gələcəkdə də biz Tehrandan eynilə fəxri kürsü və medallar gözləyirik. Ümid edirik ki, bu uğurun davamı gələcək".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər