00:00:00
Yazar
Admin User
20.10.2025 11:57 109 2 dəq oxuma
İdman

İdmançının həyatı və idman sevgisi

İdmançının həyatı və idman sevgisi

Müsahibimiz idman dünyasında özünü sübut edən bir peşəkardır. Onun hekayəsi yalnız qələbələrdən ibarət deyil-zəhmət, əzm, dözümlülük və ilham verici anlarla doludur. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist, keçmiş futbolçu Ağa Dadaşzadə bildirib ki, 2001-2002-ci illərdə evlərinin yanında Azər klub olub:

 

"Futbola ilk sevgimiz elə ordan başlayıb. Biz məhlə futbolundan başladıq qismət elə oldu ki, ordan biz peşekar dövrə qədəm qoyduq. Aşağı yaşlarımda Neftçi futbol kamandasında oynamışam, dubla qədər Bakı klubunda irəriləmişəm. Düzü, Rəvan, Muğan kimi klublarda var idi. Amma ən çoz xatirələrim Bakı klubunda olub. Çünki biz peşekar futbolu orda görmüşük. Bildiyiniz kimi Biləcəridəki Bakı futbol klubunun bazası dünyada ən yaxşı bazalardan biri idi. Çox təəssüf ki, onu söküb yerində bina tikdilər. İlk tanışlığım futbola məhlədən başlayıb. Azərbaycan futbolunda qələbələr təəssüf ki, o qədər çox olmur. Amma söhbət yerli çempionatdan gedirsə, idman növündən təbiiki qələbə arzuları böyükdür, hədəflər böyükdür. İnsanı yaşadır, ürəyi sevindirir. İdmançı kimi özünü tanıyırsan, özünü sübut eləməyə çalışırsan. Bu gün qazandığın qələbə sabah üçün də sənə stimul verir, sabahkı gündə yaxşı çıxış edəsən. Mən vaxtsız zədə və qərəzli məşqçiləri heç bir futbolçunun taleyində olmasını arzu eləmərəm. Amma həyatda əsas dözümdür. Nə qədər dözümlü olsan, bir o qədəd irəli gedəcəksən. Sistemli şəkildə nə qədər inkşaf etsən, bir o qədər irəli gedəcəksən".

 

 

Müsahibimiz həmçinin bildirib ki, idman Azərbaycan reallığından götürəndə bilinir ki, insana böyük özgüvən verir,həm fikizi həm mənəvi güc verir,bundan başqa böyük bir kütlə yaradır:

 

"Mənim karyeram uğurlu olmasa da, o gündən bura azarkeşlər var ki, hər görəndə salamlaşırlar, diqqət göstərirlər, hörmət bəsləyirlər. Bunun biri tərəfi maddiyatdı,bir tərəfi tanınmışlıqdı, bir tərəfi əlaqə-insana böyük bir inam, dəstək verir. İdman həyatı möhtəşəmdir. Sən o peşəkar səviyyədə olan zaman. Bizim hazırda bəzi klublarımız var ki, o səviyyəni yaşamır".

 

 Gövhər Mehyəddinova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər