II QRUPDA DÖVLƏT SİFARİŞLİ YERLƏRİN SAYI ARTDI, III QRUPDA AZALDI
II qrupda 290 baldan yuxarı namizədlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər. Ümumilikdə II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10 911 nəfərdir. 13 285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir. Onlardan 480 yer müxtəlif universitetlərin mühasibatlıq ixtisasının payına düşür. Qurum rəsmisi onu da əlavə etdi ki, keçən illə müqayisədə 2-ci qrupda 1073 plan yeri artıb. Dövlət sifarışli yerlərdə isə bu artım 285 yerdir. “Keçən illə müqayisədə plan yerləri artırsa, ola bilsin ki, müsahibə vəziyyəti aşağı düşsün. Amma onu da qeyd edim ki, bu il bizdə kifayət abituriyentlərin sayı da artıb. İkinci qrupda 150 baldan yuxarı nəticə göstərənlərə bir neçə ixtisaslar üzrə- marketinq biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə abituryentlər sənəd verə bilərlər. Onlar 200 bal yox 150 baldan yuxarı nəticə göstərən abituriyentlər ola bilər. Belə yerlərin sayı 2-ci qrupda 4760-dır”.
Keçən illə müqayisədə III qrupda 940 yer artırılıb, dövlət sifarişli yerlərdə isə artım yoxdur, əksinə 328 yer azalma müşahidə olunur. “İxtisasların siyahısı bizim jurnalda da var. Bu ixtisaslara aid olan məlumatlar 3-cü qrupa aid olan kitabçada da var. Muzey, arxiv işi və abidlərin qorunması, sosial iş, regionşunaslıq - bu ixtisaslar üzrə ümumi plan yerlərinin sayı 2895-dir. Ümumi yer keçən illə müqayisədə artıb”
DİM sədri ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı valideynlərə də müraciət etdi. O, ixtisas seçimində kənar şəxslərin köməyindən istifadə olunmasının mənfi nəticələr verdiyini diqqətə çatdırdı. Qurum rəsmisi ixtisas seçimi üçün kitabçaların hazırlandığını və orada ixtisaslar, plan yerləri və ötən il üzrə keçid ballarının əks olunduğunu dedi. Onu da əlavə etdi ki, bu vəsaitlərdən istifadə etməklə doğru ixtisası seçmək mümkündür.
NƏRGİZ
