00:00:00
Yazar
Admin User
27.09.2025 10:54 137 1 dəq oxuma
İdman

III MDB Oyunlarında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

III MDB Oyunlarında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

 

27 sentyabr – Azərbaycanda Anım Günü əlaqədar III MDB Oyunlarının bütün idman məkanlarında saat 12:00-da birdəqiqəlik sükut elan olunub.

 

"İnformator.az" xəbər verir ki, Qəbələ Şəhər Stadionunda keçirilən futbol turnirinin Azərbaycan (U-16) və Tacikistan (U-16) yığmaları arasındakı oyunu da bir dəqiqəlik sükutla başlayıb. Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


III MDB Oyunlarının iştirakçıları və qonaqları Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər