00:00:00
Yazar
Admin User
26.10.2023 14:03 328 1 dəq oxuma
Sosial

III Media və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib

III Media və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Türk Dünyası Media və İncəsənət Simpoziumunun panel iclaslarının açılış mərasimi keçirilib.

 

Çıxış edən Türk Dünyası Jurnalistlər Federasiyanın rəhbəri Menderes Dəmir panel iclaslarını açıq elan edib. Daha sonra Jurnalistika fakültəsində panel iclaslarına start verilib.

 

Fakültə dekanı Vüqar Əliyevin, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Lefke Avropa Universitetinin Jurnalistika fakültəsinin dekanı Elif Asude Tuncanın, Jurnalistika fakültəsinin kafedra müdirləri, professorları Cahangir Məmmədli və Qulu Məhərrəmlinin moderatorluğu ilə 4 panel iclası keçirilib.

 

İclaslarda simpozium iştirakçıları ümumtürk mədəniyyətinin təbliği, media sahəsində ortaq layihələr, türkdilli dövlətlərdə media birliyinin önəmi, Türk dünyası mədəni irsinin qorunmasında vahid media platformasının rolu kimi mövzulara dair müzakirələr aparılıb.

 

Həcər Əmiraslanlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər