İki avtomobilin toqquşmasından sonra bir kişi güllələnərək öldürülüb
Əlində tapança olduğu güman edilən bir kişini iki avtomobilin iştirakı ilə baş verən qəza sonrası polis öldürüb.
Norfolk Polisi bazar günü saat 20:35 radələrində Thetford şəhərindəki London Road ünvanına çağırılıb. Polisə görə nəqliyyat vasitələrindən birinin sürücüsü olduğu ehtimal edilən şəxs hadisə yerini tərk edərkən əlində tapança kimi təsvir edilən bir əşya saxlayıb.
BBC News
Gövhər Mehyəddinova
