00:00:00
Yazar
Zeynəb Yunuszadə
21.05.2026 21:26 23 1 dəq oxuma
İdman

İki güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

İki güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

"İnformator.az" xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

 

Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.

#azərbaycan #qazanıb #yeni #gündəm #qızıl
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər