00:00:00
Yazar
Aysel Mirzəyeva
24.02.2026 21:17 18 2 dəq oxuma
İdman Özəl

"İki ölkə arasında kifayət qədər ciddi perspektivlər mövcuddur "- ŞƏRH

"İki ölkə arasında kifayət qədər ciddi perspektivlər mövcuddur "- ŞƏRH

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan-İran ticarət dövriyyəsi 500 milyon dollar civarındadır və yeni nəqliyyat layihələri əməkdaşlığı genişləndirə bilər:

 

“Azərbaycanla İran arasında ticarət dövriyyəsi o qədər də yüksək deyil. Son illərə nəzər salsaq, bu rəqəm təqribən yarım milyard dollar, yəni 500 milyon dollar civarındadır. Daha çox İran məhsulları Azərbaycana ixrac olunur. Bunun əsas səbəbi məhsulların daha ucuz olması və logistik baxımdan yaxınlıq faktorudur. Bu əlaqələrin dərinləşdirilməsi üçün Azərbaycan və İran hökumətləri əlavə addımlar atmağı planlaşdırır və artıq bu istiqamətdə müəyyən təşəbbüslər həyata keçirilir. Perspektivli sahələr sırasında kənd təsərrüfatı, turizm, kimya sənayesi və məişət kimyası istehsalı xüsusi yer tutur. Bununla yanaşı, logistik layihələr çərçivəsində də İranla əməkdaşlıq genişlənir. Həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində İranın xüsusi rolu və payı var. Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçən avtomobil yolunun inşası isə tamamlanmaq üzrədir. Gözlənilir ki, bu yol ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha sürətli və əlverişli bağlantının qurulmasına imkan yaradacaq. Ümumilikdə, iki ölkə arasında kifayət qədər ciddi perspektivlər mövcuddur və bu imkanların reallaşdırılması üçün hər iki tərəf müxtəlif əməkdaşlıq mexanizmləri üzərində işləyir”.


Arzu Poladova

#mövcuddur #ciddi #azərbaycan #kifayət #ölkə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər