00:00:00
Yazar
Admin User
02.10.2023 17:22 377 1 dəq oxuma
Sosial

İKİ YOLUN ORTASINDA QOYULAN ZİBİL QABLARI

İKİ YOLUN ORTASINDA QOYULAN ZİBİL QABLARI

   

  Xəzər rayonu, Binə qəsəbəsində yaşayan sakinlər məişət tulantılarını atmaq üçün hər gün həyatlarını təhlükəyə atırlar. Binə qəsəbəsi Əli İsazadə küçəsində zibil qabları maşınların kifayət qədər sıx olduğu iki yolun tam ortasına qoyulub.

   İki magistral yolun ortasında qoyulan zibil qablarını qəsəbə boyu bir çox yerdə də görmək mümkündür. Ərazidə yaşayan sakinlər deyirlər ki, uzun müddətdir bu problemlə üz-üzədirlər və hər gün təhlükə ilə qarşılaşırlar.

   Xəzər rayon icra hakimiyyətindən ARB Xəbərə bildirilib ki, zibil qablarının yolun ortasında olması müəmmalı məsələdir. Yəni, qurum nümayəndələri sözügedən qabları hər gün səhər yolun kənarına qoysa da, axşam yenidən yolun ortasında görür. Odur ki, zibil qablarının yerini kim və ya kimlərin dəyişdirməsi hələ ki, məlum deyil.

SƏRXAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər