"İKİMƏRHƏLƏLİ TƏSDİQLƏMƏNİ AKTİVLƏŞDİRİN" YAZILAN SMS NƏ ÜÇÜN GÖNDƏRİLİR?
Son günlər telefonlara “ikimərhələli təsdiqləməni aktivləşdirin” sözləri yazılan smlər gəlməyə başlayıb. Sms-in hansı səbəbdən göndərildiyi əksər insanlarda narahatlıq doğurub.
Ekspertlər deyirlər ki, sakinlərin bu cür sms-lərə inanmamaqlarına səbəb son vaxtlar kiberhücum və dələduzluq hallarının artması ilə bağlıdır. İKT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, mesajların doğru və ya səhv olduğunu ayırd etmək üçün cümlələrin yazılış formalarına diqqət etmək lazımdır. “Bildiyimiz insanalrdan, bilmədiyimiz nömrələrdən, ya profillərdən gələn mesajların 100/80-ı, 100/90-ı dələduzluq mesajları olur. Onlara basmamaq lazımdır. Amma normal sms vasitəsilə gələn mesajlara da diqqətli olmaq lazmıdır. Yəni dələduzlar o vasitə ilə də göndərə bilər. Amma dövlət qurumları ənənəvi sms yolu ilə mesajlar göndərir. Yəni, hər bir sosial şəbəkədə dövlət qurumlarının rəsmi səhifələri olduğu halda rəsmi qurumlar daha çox ənənəvi üsulla xəbərdarlıq edirlər. Elektron Təhlükəsizlik Xidmətinin etdiyi kimi”.
ETX-in Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə deyir ki, son zamanlar vətəndaşların votsap və digər onlayn platformalardakı hesablarının ələ keçirilməsi halları müşahidə edildiyindən ölkənin mobil operatorları ilə birgə maarifləndirici sms-lərin göndərilməsinə başlanılıb. “Sms-lərin göndərilməsi ötən həftədən etibarən başlayıb. Bu həftə ərzində də göndərilməsi nəzərdə tutulur. Yəni, bütün abunəçilərə sms-lər göndəriləcək. Qeyd olunan smslər vasitəsilə ETX vətəndaşları votsap və digər yazışma tətbiqləri, eləcə də elektron poçt ünvanları və sosial şəbəkə hesabları üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyi tövsiyə edir. Hələlik təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla ETX-nin sosial şəbəkə hesablarından, eləcə də yutub kanalına daxil olaraq tanış ola bilərlər”. Qurum rəsmisi onu da əlavə edir ki, Elektron Təhlükəsizlik Xidməti bundan sonra da vətəndaşların mövcud kibertəhlükələr barədə məlumatlandırılması məqsədi ilə smslər göndərilməsinə davam edəcək.
ZEYNƏB
