İkiqat Dünya Kuboku qalibi Kristen Press karyerasını bitirib
İkiqat Dünya Kuboku qalibi Kristen Press bu mövsümün sonunda NWSL-dən (ABŞ Qadınlar Futbol Liqası) ayrılaraq peşəkar karyerasını başa vuracaq.
Bu barədə onun klubu "Angel City" çərşənbə günü məlumat yayıb. 36 yaşlı hücumçu ABŞ millisinin tarixində ən məhsuldar və əzmkar oyunçularından biri hesab olunur. O, milli komanda ilə 155 oyunda 64 qol vurub və Carli Lloyd, Megan Rapinoe kimi ulduzlarla yanaşı, ABŞ qadın futbolunun “qızıl dövrü”nün əsas fiqurlarından biri olub. "30 ildən çox həyatımı müəyyən edən bir idmanla vidalaşmaq üçün söz tapmaq çətindir," – deyə Press bildirib. "Bu oyunu dünyanın ən yaxşı oyunçusu olduğuma inanaraq tərk etməyəcəyəm," – o, İnstagram paylaşımında yazıb. "Amma ən çox sevilənlərdən biri olduğumu hiss edərək gedəcəyəm".
Reuters
Mələk Nəsirli
