İlham Əliyev BMT rəsmisini qəbul etdi: Qarabağ, mina təhlükəsi və ekoloji məsələlər müzakirə olundu
Prezident İlham Əliyev BMT rəsmisini qəbul edib Qarabağ, mina təhlükəsi və ekoloji məsələlər müzakirə olunub.
Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki,BMT ilə Azərbaycan dövlətinin arasında zətən münasibətlər 30 il işğal dövründən də o qədər də tam yaxşıdır:
“Ancaq bunu nəzərə almaq lazımdır ki, BMT ümumiyyət ki, Azərbaycana qarşı hər zaman bir qərəzli mövqə tutmuşdur.Qərb ölkələrinin qərəzli mövqəsi, yəni ermənilərə daha çox dəstək verilməsi, bu hər zaman diqqətimizdən bizim heç vaxt yayılmadı.BMT-nin 907-ci düzəlişlərinin də verilməsi, Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq olunması və s. bunlar heç bir bizim yadımızdan çıxmır”.
Politoloq qeyd edib ki, BMT-nin Qarabağla bağlı müzakirələrini Azərbaycan tərəfi normal qarşılayır:
“Yəni Qarabağın BMT-nin gücü ilə və yaxud da hansısa bir hüquqi aktlarla Azərbaycan bu torpaqları geri qaytarmayıb, Azərbaycan bu torpaqları öz gücünə, öz silahının gücünə qaytarır və bugünkü gündə də tam mənalı olaraq Qarabağ Azərbaycan torpağı kimi bütün dünyada da qəbul olunur”.
Nurgün Qənizadə