00:00:00
Yazar
Nərmin Həşimova
26.06.2026 21:54 21 1 dəq oxuma
Siyasət

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub- ŞƏRH

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub- ŞƏRH

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, bu telefon danışığı Azərbaycan-Türkmənistan münasibətlərində son dövrdə yaranan müsbət dinamikanın davamı kimi qiymətləndirilə bilər:


“Xüsusilə mədəniyyət, elm, təhsil və idman sahələrində əməkdaşlığın vurğulanması göstərir ki, tərəflər əlaqələri yalnız enerji və nəqliyyat xətti ilə məhdudlaşdırmaq istəmir, humanitar və siyasi etimadı da gücləndirməyə çalışırlar. Bu, Xəzər hövzəsində iki türkdilli dövlət arasında koordinasiyanın daha sistemli xarakter almasına xidmət edir. Region baxımından isə bu danışıq Azərbaycan-Türkmənistan xəttinin Orta Dəhliz, Xəzər üzərindən tranzit, enerji əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da aktuallaşdığını göstərir. Bakı ilə Aşqabadın yaxınlaşması həm Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısını gücləndirir, həm də regionda yeni iqtisadi və geosiyasi balans yaradır. Bu əməkdaşlıq Azərbaycanın Şərq-Qərb nəqliyyat xəttində rolunu artırmaqla yanaşı, Türkmənistan üçün də Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər”.


Nurgün Qənizadə

#Əliyev #Berdiməhəmmədov #telefon danışığı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər