İlhan Omar ictimai görüşdə hücuma məruz qalıb
ABŞ-nin Minnesota ştatını təmsil edən konqresmen İlhan Omar keçirdiyi ictimai görüş (town hall) zamanı bir nəfərin şprislə naməlum maye səpməsi nəticəsində hücuma məruz qalıb. Polis hadisə yerində şəxsi dərhal saxlayıb, mayenin tərkibi araşdırılır. Omar xəsarət almayıb və çıxışını davam etdirib.
İlhan Omar bildirib ki, qorxudulmayacaq və işini davam etdirəcək. Hadisədən sonra o, görüş iştirakçılarına “Minnesota güclüdür” mesajı verib. Şahidlərin sözlərinə görə, maye kəskin və turş qoxulu olub.
Minneapolis şəhərinin meri Yakob Frey hücumu pisləyərək zorakılıq və hədənin yolverilməz olduğunu deyib. Hadisə Omarın miqrasiya siyasəti ilə bağlı sərt çıxışlarından sonra baş verib.
BBC
Reyhan Quliyeva
