İlin İlk Milli Təhlükəsizlik Şurasının Görüşü
Milli Təhlükəsizlik Şurası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ilin ilk iclasını keçirəcək. Əsas gündəm məsələsi Suriya olacaq. Sahədən sürətlə təmizlənməkdə olan QSD/YPG terror təşkilatının məğlubiyyəti ilə nəticələnən inkişaflar müzakirə ediləcək. İclasda regional və beynəlxalq təhlükəsizlik məsələləri də dəyərləndiriləcək.
Milli Təhlükəsizlik Şurasının (MTŞ) yeni ilin ilk iclası Prezident Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək. İclasın əsas gündəm maddəsi “Suriya”dır. Ankaranın yaxından izlədiyi yerdəki inkişaflar bütün aspektlərdə qiymətləndiriləcək. Dəməşq administrasiyası ilə QSD terror təşkilatı arasında əldə olunan atəşkəs razılaşmasının fəsadları müzakirə olunacaq.
TRT XƏBƏR
Selcan Xudiyeva
