İlin ən yaxşı klubu PSJ seçilib
"PSJ"nin ən yaxşı klub seçiləcəyi gözlənilən idi. Çünki bütün titulları qazanmış bir klubdur. Əsas amil nə oldu? Əlbəttə ki, yaxşı heyət və baş məşqçi amili-Luis Enrike həqiqətən çox yaxşı heyət yığıb və komandasını çox yaxşı idarə eləyib. Yəni uğurda əsas səbəblərdən bir bu olub".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, ağılda bu sual formalaşır: bunu davam etdirmək mümkün olacaqmı?
"Fransada yəqin ki, problemsiz olacaq. Amma Çempionlar Liqasında çətin olacaq. Çünki Çempionlar Liqasında çox iddialı klublar var. Futbolçular üçün motivasiyası əlbəttə, böyükdür. Sən bütün titulları qazanırsan, sən sübut edirsən ki, səndən güclü yoxdur. Avropanın 1 nömrəli klubu olursan. Çempionlar Liqasının kuboku başı üzərinə qaldırmaq hər bir futbolçunun arzusudur, bu baxımdan əlbəttə ki, böyük bir motivasiyadır. "PSJ" futbolçuları isə bu hissi dadandan sonra yəqin yenə yaşamaq istəyərlər və bunun üçün çalışarlar".
Zəhra Möhübbətova
