“İlk altı ayda vətəndaşlıqla bağlı Dövlət Miqrasiya Xidmətinə 6537 müraciət daxil olub”
Cari ilin ilk altı ayında vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 209 müraciət daxil olub. Müraciətlər vətəndaşlığın əldə edilməsi, bərpası, itirilməsi və digər əlaqədar prosedurları əhatə edib. Bu göstərici vətəndaşlıq məsələlərinə marağın davam etdiyini göstərir.
Mövzu ilə bağlı “İnformator.az” saytı olaraq Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanladıq.
“2026-cı ilin birinci yarımili ərzində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər də daxil olmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ümumilikdə vətəndaşlıq məsələləri ilə əlaqədar 6537 müraciət daxil olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 6993 müraciət təşkil edib”.
Nuray Əliyeva