İlon Mask yenidən dünyanın ən varlı adamı oldu
Amerikalı iş adamı İlon Mask Louis Vuitton brendinin prezidenti Bernard Arnault-a uduzduğu “dünyanın ən zəngin adamı” titulunu yenidən qazanıb.
İnformator.az United Press International-a istinadən xəbər verir ki, aprel ayındakı sıralamada 211 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı olan Arnault olub. Lakin LVHM şirkətinin dəyərlərini itirməsi səbəbindən sərvəti 187 milyard dollara qədər azalan Arnault yerini Maska verib.
Belə ki, Bloomberg Milyarderlər İndeksinin "Dünyanın ən varlı 500 adamı" siyahısına əsaslanan xəbərə görə, Twitter, Tesla və SpaceX-in sahibi Mask 192 milyard dollar təxmin edilən sərvəti ilə siyahıya başçılıq edir.
