İlon Maskdan Teslayla bağlı açıqlama
Amerikalı iş adamı İlon Mask Teslanın Hindistan bazarında yer ala biləcəyini bildirib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi Amerikaya səfəri çərçivəsində Nyu-Yorkda İlon Maskla görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlama verən Mask Hindistanın perspektivli gələcəyinin olduğunu, Teslanın ən qısa zamanda Hindistanda olacağını, lakin doğru zamanı gözlədiyini bildirib.
Mask Hindistan bazarı ilə maraqlandığını və ölkənin gələcəyi ilə bağlı həyəcanlı olduğunu da əlavə edib.
Sayad
