00:00:00
Yazar
Admin User
14.06.2023 09:32 363 2 dəq oxuma
Sosial

İlqar Hüseynli: Yol hərəkəti qaydaları pozuntusunda marka, model fərqi qoyulmamalıdır

İlqar Hüseynli: Yol hərəkəti qaydaları pozuntusunda marka, model fərqi qoyulmamalıdır

"Yol hərəkəti qaydalarının pozulmasını maşınların marka, modelləri ilə əlaqələndirib, ayrıseçkilik etmək doğru yanaşma deyil".

 

Bunu nəqliyyat eksperti İlqar Hüseynli Bakıda "Toyota Prius" markalı avtomobilin əks yolda hərəkət edərək, digərləri üçün ciddi təhlükə yaratmasından danışarkən deyib. Onun sözlərinə görə, ilk növbədə, həmin sürücünün avtomobili fərdi və ya hansısa şirkətlə əməkdaşlıq çərçivəsində idarə edib-etmədiyi müəyyənləşdirilməlidir:

 

“Nəqliyyatın növündən asılı olmayaraq, yol hərəkəti qaydalarının pozan şəxslərə protokol tərtib edilir, cəza tətbiq olunur. Bütün bunlar qanunun tələblərinə uyğun şəkildə reallaşdırılır. Qaydaya əməl etməyən sürücünün avtomobili taksi şirkətinə məxsusdursa, ciddi tənzimləmələr həyata keçirilməlidir. Eyni zamanda cəza mexanizmi sürücü ilə yanaşı şirkət rəhbərliyinə də tətbiq edilməlidir. Sürücü seçimində ciddi şəkildə "süzgəclərdən" istifadə olunmalıdır. Əsas problem şirkətlərin ucdantutma özlərinə sərf edən maşın növünü ölkəyə gətirməsidir. Bunlardan biri, daha çox rastlaşdığımız “Toyota Prius" markalı avtomobilidir. Həmçinin “Nissan” markalı kiçik tutumlu, “Opel”, “Kia”nın az yanacaq sərfiyyatı ilə işləyən maşınlarından taksi fəaliyyətində aktiv şəkildə faydalanırlar. Digər tərəfdən də taksi şirkətlərinə müraciət edən hər bir şəxsi işə qəbul edirlər. Bəzən həmin sürücülər arasında narkotik vasitələrin təsiri altında avtomobil idarə edənlərə də rast gəlinir. Sürücülük etmək onlar üçün pul qazanmağın ən tez, optimal yoludur. Taksi şirkətləri sürücü seçimində son dərəcə diqqətli olmalıdır".

 

Qeyd edək ki, ötən dəfə “Toyota Prius” markalı avtomobil əks yola çıxaraq, digər sürücülərə təhlükə törədib. Hadisənin görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən avtomobilin sürücüsü cərimələnib.


Sərxan Abbasəliyev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər