00:00:00
Yazar
Admin User
15.11.2023 16:23 555 1 dəq oxuma
Sosial

İmkan verin müəllim dərsini keçsin, yazı-pozu işləri nə qədər olar axı

İmkan verin müəllim dərsini keçsin, yazı-pozu işləri nə qədər olar axı

"Bu gün Azərbaycan müəllimi pedaqoji ixtisas üzrə orta və ya ali təhsil almasına baxmayaraq, sanki kargüzarlıq və arxiv işi üzrə ixtisaslaşmış kimi bütün günü kar kağızla oynadılır. Olmaz belə. İmkan verin müəllim dərsini keçsin, yazı-pozu işləri nə qədər olar axı".

 

Bu sözləri Elçin Əfəndi şəxsi teleqram səhifəsində paylaşıb. Ekspert öz fikirlərini informator.az-a şərh edərkən bildirib ki, təbii ki, müəllimlərin müvafiq olaraq dərs yükləri həddən artıq ağırdır, çətindir.

 

"Bunun paralelində bir də onlara əlavə yazı-pozu işlərinin görülməsi, summativ qiymətləndirmələrin yazılması, elektron və kağız daşıyıcı jurnalların işlənməsi və digər tələb olunan gündəliklərdə qeyd, icmal qeydləri və digər işlərə ayrılan 45 dəqiqə vaxt təəssüflər olsun ki, müəllimə kifayət etmir. Çünki müəllim 45 dəqiqə ərzində şagirdin, yaxud auditoriyada oturan təhsil alanların qiymətləndirilməsini həyata keçirə bilməlidir”.

 

Elçin Əfəndi düşünür ki, burda bir qədər əlavə yazı-pozu işləri tələb olunan məsələlər ki var, bunları tədricən aradan qaldırmaq lazımdır.

 

"Dövlət başçısı özü də müvafiq qurumlara konkret olaraq tapşırıqlar verib ki, əsasən işlər elektron qaydada həyata keçirilsin. Bir növ kağız daşıyıcılardan, ümumiyyətlə kağızdan istifadə məhdudlaşdırılsın. Amma biz təəssüflər olsun ki, son dövrlərdə bunu görmürük. Xüsusilə məktəblərdə kağızdan istifadənin daha da artdığını görürük”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər