00:00:00
Yazar
Admin User
13.11.2023 10:51 835 3 dəq oxuma
Sosial

İnadkar insan məqsədinə inamla hərəkət edərsə, mütləq uğur qazanacaq

İnadkar insan məqsədinə inamla hərəkət edərsə, mütləq uğur qazanacaq

"İnformator.az" saytının "Xaricdə təhsil alan tələbələr" rublikasının növbəti müsahibi Elnur Novruzovdur.

 

Elnur Novruzov kimdir?

Mən, Elnur Novruzov 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. 2020-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq öz istəyimə əsasən, BDU-nu seçdim. Hazırda isə Jurnalistika fakültəsində təhsil alıram.

 

Bəs, "Erasmus+" proqramına necə müraciət etdiz?

3-cü kursun yay imtahan sessiyasında "ERASMUS+" mübadilə proqramı çərçivəsində Sivas Cümhuriyyət Universitetində təhsil almaq imkanı üçün elan gördüm. Qeydiyyatdan keçdim və nəticələr elan olunanda seçilənlər arasında mənim də adım var idi. Buradakı ixtisasım gazetecilikdir və fevral ayında proqramı bitirib Azərbaycana qayıdacağam. BDU tələbəsi olandan arzum var idi ki, xaricdə təhsil alım. Proqramı qazanmağım ilk cəhdim də olmayıb, bir neçə dəfə sınayıb, 4-cü kursda son şans kimi qazandım. SCU beynəlxalq əlaqələr şöbəsinin internet səhifəsi üzərindən qeydiyyatdan keçmək üçün şəxsi məlumatlar, CV, təhsil haqqında məlumatlar yerləşdirmək zəruri idi.

 

Proqramın üstünlükləri nələrdir?

Proqramın üstünlükləri ilk mərhələdən, yəni müraciət edən zaman uğur qazana bilmədikdən dərhal sonra başlayır, öyrənməyə başlayırsan. Uğur qazandıqdan sonra isə əvvəla dünyagörüşün dəyişməsi, sonra isə xarici mühitin təsirində yeni biliklər əldə etmək insanda xoş hislər yaradır. Yeni Azərbaycan TV -də iş mühitini öyrənmək üçün fəaliyyət göstərirəm. Eyni zamanda, Türkiyədə olduğum fürsəti dəyərləndirərək cümhuriyyətin təməlinin atıldığı binanın önündən 29 oktyabrda Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə sujet hazırladım. Qeyd edim ki, hazırladığım sujet çox bəyənilərək yayımlanmışdı.

 

Türkiyədə sizi ən çox cəlb edən nələrdir?

Sivasda azərbaycanlılara qarşı xoş münasibəti asanlıqla görmək mümkündür. Qardaş deyə müraciət edirlər. Türkiyədə müəllimlərə edilən hörmət olduqca yüksək səviyyədədir və düşünürəm ki, müəllim peşəsi də elə buna layiqdir.

 

Təhsil aldığınız müddətdə qarşılaşdığınız problemlər nələrdir?

Yaşadığım bir problem var: Burda olduğum zaman xəbərlərdən oxuyuram ki, Bakıda müxtəlif tədbirlər keçirilir və Türkiyədə olduğum üçün iştirak etmək şansımı itirdiyimi hiss edirəm.

 

Erasmus+ proqramına, ümumiyyətlə xaricdə təhsilə müraciət etmək etmək istəyənlərə tövsiyələriniz nələr olar?

Həmyaşıdlara bir neçə tövsiyəm var: Mübarizədə uğur qazanan tərəfdə olmaq istəyirsinizsə, 3 xarakterə sahib olmağınız labüddür. İnad,məqsəd və inam. İnadkar insan məqsədinə inamla hərəkət edərsə, mütləq uğur qazanacaq. Müxtəlif dillər bilmək sizi uğura daha tez çatdırar. "ERASMUS+" proqramına müraciət etməyi düşünürsüzsə, bunu 2 və ya 3-cü kurs tələbəsi olan zaman edin. Ümumiyyətlə, xaricdə təhsil almaq düşüncəsində olan dostlara isə tövsiyəm budur ki, sizin səbr adında bir dostunuz olmalıdır və xərclənən zaman heç vaxt azalmayan.

 

Gələcək planlarınızı bölüşə bilərsiz?

Gələcək planlarımı heç vaxt bölüşməmişəm, amma mediaya müsahibə verirəmsə, demək istərdim ki, həmişə "EVRİKA" deyənlər tərəfində olacağam. Əlavə olaraq qeyd edim ki, Erasmus+ proqramı qəbul elan edib.

 

BDU tələbələrinin nəzərinə!

 

Türkiyə Respublikasının Sivas Cümhuriyyət Universiteti 2023-2024-cü tədris ilinin yaz semestri üçün “Erasmus” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində tələbə müraciətlərini qəbul edir.

 

Son müraciət tarixi: 19.11.2023

 

Mübadilədə iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır:

https://erasmus.cumhuriyet.edu.tr/erasmus/incoming/ka171-application-form-std/

 

BDU-nun Beynəlxalq əlaqələr şöbəsi

erasmus@bsu.edu.az

 

Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər