İNANIN, ADDIM ATIN: QORXULARA QALİB GƏLMƏK ÜÇÜN 5 TÖVSİYƏ!
Gün içində bir çox fərqli duyğu hissinə məruz qalırıq. Bu duyğuların bəziləri özümüzü yaxşı hiss etməyizə səbəb olsa da bəziləri çox gözəl şeyləri yaşamağımıza əngəl olur. Qorxular da çox zaman həyatınıza mənfi təsir edən hisslərdən biri olaraq qarşımıza çıxır. Qorxularla yaşamaq istəmədiyinizin və bu vəziyyətdən çıxmaq üçün yollar axtardığınızın fərqindəyik. O zaman sizə qorxularına qalib gəlmək üçün kömək edəcək tövsiyələrimizi sıralamağa başlayaq.
QORXU NƏDİR?
Qorxu təməl olaraq bir təhlükə ya da təhlükə düşüncəsi qarşısında hiss edilən qayğı, üzüntü olaraq tamamlanır. Hiss edilən qorxuya görə fiziki və psixoloji ola bilən bu hərəkət qısıtlaması isə fərqində olunsa da, olunmasa da azadlığı qısıtlayan bir məfhumdur. Bəs azad olmaqmı, yoxsa qorxularınızın yaratdığı sərhədlər içində yaşamağımı istərsiniz? Azad olmaq istədiyinizi bilirik. Kim qorxularına əsir olmaq istəyər ki?
QORXUNUN GÖSTƏRİCİLƏRİ NƏLƏRDİR?
Qorxduğunuz şeyləri "qorxu" olaraq adlandıra bilmək olduqca vacibdir. Bunun üçün qorxunun göstəricilərini bilməkdə fayda var. Qorxduğunuz şey ilə qarşılaşdığınızda ya da yaşadağınızda bu göstəriciləri özünüzde görə bilərsiniz:
•Ürək döyüntülərinin sürətlənməsi
•Nəfəs almaqda çətinlik çəkmək
•Narahatlıq
•Tərləmək
•Özündən gedəcəksənmiş kimi hissetmə
•Zəiflik
•Cəmiyyətdən qaçmaq istəmək
BƏS QORXULARA QALİB GƏLMƏK ÜÇÜN NƏLƏR EDƏ BİLƏRSİNİZ? BUYURUN TÖVSİYƏLƏRİ OXUYUN
1.Qorxunun səbəbini düşünün
"Qorxulara necə qalib gəlmək olar?" sualının cavablarına keçmədən əvvəl qorxuların necə əmələ gəldiyini incələməkdə fayda var, çünki bu nöqtə qorxularınıza qalib gəlmək mövzusunda olduqca vacibdir. Qorxunuzun qaynağını kəşfetdiyiniz vəziyyətdə qorxunuzla daha yaxşı bir şəkildə savaşa bilər və ona qalib gəlmək üçün vacib bir addım ata bilərsiniz.
2. Qorxuların normal olduğunu qəbul edin.
Qorxularınız olduğunu bilirsiniz və qorxularınızın qaynağını düşündüz. Bundan sonra qorxu hissinin sevməyin ya da sevməməyin normal bir duyğu olduğunu qəbul etməlisiz.
3. Qorxularınızın həyatınıza necə bir təsiri olduğunu düşünün.
Xəyalınız Şərqi Asiya ölkələrini kəşfetməkdir, amma təyyarəyə minməkdən qorxursunuz. Bu halda xəyalınızdan əl çəkməli olursunuz. Bu zaman etməniz gərəkən, qorxunuzun həyatınıza tam olaraq necə təsir etdiyini düşünməkdir.
4. Qorxularınızla üzləşdiyinizi və onlara qalib gəldiyinizi düşünün.
Şəxsi inkişaf kitabında deyir ki, "xəyal edə bilirsənsə, gerçəkləşdirə bilərsən". Bu çox zaman doğrudur! Mövzu nə olursa-olsun o mövzu haqqında uğura gedən yol düşüncənizdən keçir.
5.Qorxularınız ilə üzləşin.
Qorxularınız ilə qarşı-qarşıyə gəlmək! Əgər qorxularınızla qarşı-qarşıya gəldiyiniz an özünüzü pis hiss edəcəyinizi düşünürsünüzsə, xəyal etmə üzərində bir az daha çalışmağınız gərəkdiyini aşkarlayaq. Qorxularla üzləşmə fikri sizi çox gərgin hiss etdirməli deyil.
ÇİNARƏ MURADOVA
