İndoneziya millisi baş məşqçisini qovub
Klyuvert 2025-ci il yanvarın 8-dən iki illik müqavilə əsasında bu posta keçib. Klyuvertin rəhbərliyi altında İndoneziya yığması 8 oyun keçirib, 3 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət əldə edib.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Klyuvertin qovulmasının əsas səbəbi onun uğursuz nəticələr göstərməsidir:
“Baş məşqçinin qovulması futbolda normal haldır. Əgər komanda da onun göstərdiyi nəticələrdən narazıdılarsa bağlanmış müqaviləyə qarşlıqlı razılıq əsasında konpensasiya ödənilərək xitam verilir”.
Günel Əlili
