İndoneziyada tullantı poliqonundakı yanğın ekoloji böhran yaradıb
İndoneziyanın paytaxtı Cakartanın yaxınlığındakı Jativarinqin poliqonunda səkkiz gündür davam edən yanğın 15 hektardan çox ərazini əhatə edib.
Zəhərli tüstü səbəbindən yüzlərlə sakin təxliyə olunub, 234 nəfərdə tənəffüs yolu problemləri qeydə alınıb. Yanğının söndürülməsi üçün helikopterlər, su maşınları, buldozerlər və dronlar cəlb edilib.
Ekoloqlar yanğının üzvi tullantıların parçalanması nəticəsində yaranan metan qazının yığılması və tullantıların düzgün idarə olunmaması ilə bağlı olduğunu bildirirlər. Onların fikrincə, bu hadisə İndoneziyada illərdir davam edən tullantı idarəçiliyi böhranının və sistemli səhlənkarlığın nəticəsidir.
BBC News
Mələk Hüseynova