00:00:00
Yazar
Admin User
02.04.2024 11:56 352 1 dəq oxuma
Sosial

İNFARKT OLANLARIN ƏKSƏRİYYƏTİ KORONAVİRUS XƏSƏTƏLƏRİDİR

İNFARKT OLANLARIN ƏKSƏRİYYƏTİ KORONAVİRUS XƏSƏTƏLƏRİDİR

Covid-19 pandemiyasından sonra xəstələrin çoxu koronavirusun yaratdığı ürək tutması və ya ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.

 

Bu məlumata kardioloq Validə Ağayeva münasibət bildirib:


“Koronavirus ilk yayıldığı zaman mövcud olan epidemik təsirini itirsə də, fəsadları hələ də davam edir. Statistika infarkt nəticəsində ölənlərin çoxunun SARS-CoV-2-yə yoluxmuş insanlar olduğunu göstərir”.


Həkim qeyd edib ki, bu virusa yoluxduqdan sonra orqanizmdə ciddi dəyişikliklər baş verir. Qanın laxtalanması, şəkərin qanda artımı, təzyiq problemi, eyni zamanda ürək damar sistemində xəstəlik olan şəxslərdə ağırlaşma halları aşkar edilir.
Kardioloq koronavirusu ağır keçirən, ürək xəstəliklərində risk qrupuna aid olan insanların ayda iki dəfə kardioloq müayinəsindən keçməli olduğunun vacibliyini xüsusi ilə vurğulayıb.

 

“Bu müayinələrdən vaxtında keçmək pasientlərin ani ölümünün qarşısını ala bilər”, deyə Validə Ağayeva bildirib.

 

Gülsüm Hacızadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər