00:00:00
Yazar
Admin User
25.09.2023 19:10 304 2 dəq oxuma
Sosial

İnformasiya təhlükəsizliyi sahəsində rikslər nələrdir?

İnformasiya təhlükəsizliyi sahəsində rikslər nələrdir?

“Müasir dünyada informasiya inqilabının dördüncü dalğasını qlobal İnternetin həyatımıza gəlməsi ilə bağlayırlar. 20-ci əsrin sonlarında dünya yeni texnologiyaların tətbiqi ilə nəticələnən rəqəmsal bir inqilab yaşadı. Bu inqilab nəticəsində insanlar informasiyanı yeni, rəqəmsal və onlayn alətlərdən əldə etməyə başladı. Məhz sonuncu dalğadan sonra informasiya təhlükəsizliyi sahəsində də ciddi risklərlə üz-üzə qaldıq”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında yeni media üzrə mütəxəssis Səbinə İzzətli deyib. Onun sözlərinə görə, informasiya almaq forması elə dəyişib ki, indi bizə gözlədiyimizdən daha çox məlumat gəlməkdədir:

 

“Yeni media, sadəcə, informasiya mənbəyi deyil. O həm də həyatımızı yönləndirir, müxtəlif təbəqələrdən olan insanlarla kommunikasiya formamıza və onlarla münasibət qurmağımıza təsir edir. Yeni media daha çox məlumatlı olmaq deməkdir. Məlumatlı insanın qəbul etdiyi qərar ilə məlumatsız insanın qəbul etdiyi qərar arasında fərq var. Müsbət təsirlərlə yanaşı, yeni texnologiyalar bərabərində riskləri də gətirir. Psixoterapevt Dr. Kamal Sayarın sözü ilə desək, daha çox texnologiyadan istifadə edən insanların kitab oxumağa səbri çatmır, diqqətini cəmləşdirə bilmir, eyni anda birdən çox məsələ barədə düşünür. Dostumuzla kafedə oturub söhbətləşərkən telefon zəngi gələndə və ya Facebook mesajlarının səsi eşidiləndə nə etdiyimizi xatırlamağa çalışmaq buna misaldır. Bizdən asılı olmadan gələn zəngi və ya mesajı qarşımızdakı insandan daha üstün sayırıq və həmsöbətimizin danışdığı məsələnin önəmi ikinci plana keçir. Bu, etik hesab edilməsə də, bizim hər gün şahidi olduğumuz hadisədir".

 

Ekspert hesab edir ki, digər məsələ isə həddindən çox informasiya almağımıza rəğmən, “informasiya cəhalət”ində yaşamağımızdır.: "Yəni hər şey eşidirik, oxuyuruq, lakin onu yadda saxlaya bilmirik. Qısa-qısa, amma həddindən çox bilgi almaq, başqa sözlə, gözdən keçirmək beynimizi yorur. İngiliscə buna “screening” deyilir. Sözün kökündə “screen”, yəni “ekran” sözü durur. Bu sözdən ikinci bir söz də yaradılıb - “screenager”, yəni gözdən keçirənlər nəsli. Ekrandan oxumaqla, daha dəqiq desək, gözdən keçirməklə kitab oxumağın fərqi böyükdür. Ekran daha çevikdir, informasiyanın axını və sürəti qat-qat yüksəkdir, onu kitabla müqayisə etmək olmaz”.

 

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər