00:00:00
Yazar
Zeynəb Yunuszadə
09.05.2026 21:14 20 1 dəq oxuma
Dünya

İngiltərə “HMS Dragon” hərbi gəmisini Ortadoğuya göndərib

İngiltərə “HMS Dragon” hərbi gəmisini Ortadoğuya göndərib

Böyük Britaniya Kral Donanması “HMS Dragon” adlı döyüş gəmisini Ortadoğuya göndərir. Gəminin Hörmüz boğazında dəniz daşımalarının təhlükəsizliyini qorumağa yönəlmiş beynəlxalq missiyada iştirak edə biləcəyi açıqlanıb.

“İnformator.az” “BBC Türkçe”-yə istinadən xəbər verir ki, “HMS Dragon” hava hücumundan və raketlərdən müdafiə imkanlarına malik Britaniyanın ən müasir döyüş gəmilərindən biri hesab olunur.

 

Gəmi yaxın zamana qədər Şərqi Aralıq dənizində yerləşdirilmişdi. Onun əsas vəzifəsi İran müharibəsinin başlamasından qısa müddət sonra hücuma məruz qalan Kiprdəki Britaniya bazalarını qorumaq idi.

 

Şənbə günü “HMS Dragon”un Ortadoğuya göndərilməsi qərarını dəyərləndirən Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, yerləşdirmə “ehtiyatlı planlaşdırma çərçivəsində” həyata keçirilib.

 

Nazirlik əlavə edib ki, döyüş gəmisi lazım olacağı təqdirdə gələcək müdafiə xarakterli missiyalarda dərhal iştirak edə bilər.

 

Qurum həmçinin qeyd edib ki, yeni Ortadoğu missiyası Böyük Britaniya Silahlı Qüvvələrinə çoxmillətli müdafiə xarakterli Hörmüz missiyası üçün əlavə seçimlər təqdim edir.

 

Qeyd edək ki, aprel ayında 51 ölkənin nümayəndələri Hörmüz boğazında ticarət gəmilərinin necə qorunacağını müzakirə etmək üçün bir araya gəliblər.

#hərbi #yeni #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər