İngiltərənin Baş naziri Starmerə 80-dən çox deputatdan istefa çağırışı
İngiltərədə keçirilən yerli seçkilərdə ciddi itkilərlə üzləşən hakim İşçi Partiyasının lideri, Baş nazir Keir Starmer partiyası daxilində artan istefa təzyiqi ilə qarşılaşıb.
Starmerin istefasını tələb edən İşçi Partiyası deputatlarının sayı 80-i keçib. Partiyanın İcmalar Palatasında 403 deputatı var. Baş nazirliyinin ən kritik günlərindən birində Keir Starmer bu gün Nazirlər Kabinetinin iclasına sədrlik edib. Starmer iclas zamanı rəhbərlik etməyə davam edəcəyini bildirib. Seçki nəticələrinə görə məsuliyyəti və vəd etdiyi dəyişiklikləri həyata keçirmək öhdəliyini üzərinə götürdüyünü deyən Starmer “İşçi Partiyasında liderin vəzifədən uzaqlaşdırılması üçün müəyyən prosedur var və bu proses hələ başlamayıb” ifadələrini işlədib. Starmerin istefasını istəyən deputatların sayı artmaqda davam edərkən, kabinetdəki bəzi nazirlər Baş naziri dəstəkləməyi davam etdirirlər.
BBC NEWS
Səmayə Səftərova