00:00:00
Yazar
Səadət Əlizadə
11.04.2026 18:39 18 1 dəq oxuma
İdman

İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzub

İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzub

İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, "Bornmut"un heyətində qolları Eli Krupi (17-ci dəqiqə) və Aleks Skott (74-cü dəqiqə) öz aktivinə yazdırıb. London təmsilçisinin yeganə qoluna isə 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Viktor Dyokereş imza atıb.

 

Bununla da "Bornmut", İngiltərə Premyer Liqasında yanvarın 25-dən bəri "Arsenal"a ilk məğlubiyyətini yaşadıb.

#lider #xəbər #sensasi̇ya: #"bornmut"a
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər