İngiltərə təyyarə, PUA və gəmi göndərir
İngiltərə Hörmüz boğazındakı dəniz nəqliyyatını qorumağı hədəfləyən birgə missiyaya pilotsuz uçuş aparatları, döyüş təyyarələri və hərbi gəmi ilə dəstək verəcəyini açıqlayıb.
İngiltərənin müdafiə naziri John Healeynin açıqladığı paketdə dəniz minaları aşkar edib zərərsizləşdirmək üçün avtonom sistemlər, pilotsuz qayıqlar və hava patrulları üçün “Typhoon” qırıcıları daxildir. Healey bildirib ki, şərait uyğun olduqda başlayacaq missiyada 40-dan çox ölkə iştirak edir. Müdafiə Nazirliyi qeyd edib ki, ötən ay İngiltərə və Fransanın elan etdiyi çoxmillətli missiya tamamilə müdafiə xarakterlidir və Hörmüz boğazı boyunca ticari gəmi hərəkətinə inamı yenidən bərpa etməyi hədəfləyir.
BBC NEWS
Səmayə Səftərova