00:00:00
Yazar
Admin User
09.01.2026 16:14 63 1 dəq oxuma
İdman

İngiltərə klublarının oyunu təxirə salınıb

İngiltərə klublarının oyunu təxirə salınıb

İngiltərə FA Kubokunun III turunda keçirilməli olan "Salford City" – "Svindon" oyunu ləğv edilib.


"İnformator.az" xəbər verir ki, bu barədə "Salford City" klubunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, görüş yanvarın 10-da keçirilməli idi, lakin meydanın donması matçın baş tutmasına imkan verməyib.

 

Klubun açıqlamasında qeyd olunur ki, son iki həftə ərzində hava temperaturunun sıfır dərəcədən aşağı düşəcəyi nəzərə alınaraq meydança örtülüb, həmçinin həftə boyunca qızdırıcılardan istifadə olunub.


Buna baxmayaraq, stadionun ot örtüyünün bəzi hissələri buzlu vəziyyətdə qalıb. Oyunçuların təhlükəsizliyini təmin etmək məqsədilə qərar İngiltərə Futbol Assosiasiyası (FA) və "Svindon" klubu ilə birgə qəbul edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər