00:00:00
Yazar
Admin User
07.07.2023 08:20 246 1 dəq oxuma
Sosial

İngiltərədə bir nəfər özünü Bukingem sarayının qapısına qandalladı

İngiltərədə bir nəfər özünü Bukingem sarayının qapısına qandalladı

İngiltərənin paytaxtı Londonda bir şəxs Bukingem Sarayının darvazalarına əllərini qandalladı. 30 yaşlarında olduğu təxmin edilən və özünə zərər verməklə hədələyən şəxsin saatlarla davam edən təhriklərdən sonra xəstəxanaya aparılaraq nəzarətə alındığı açıqlanıb.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, Britaniya polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 17:23 radələrində kral iqamətgahı Bukingem sarayına yaxınlaşan bir şəxs bir müddət sonra özünü sarayın qapısına qandallayıb.

 

Sosial şəbəkədə paylaşılan görüntüdə papaq və gün eynəyi taxan şəxsin sol əlini qapılara qandalladığı və polisin bu şəxslə uzaqdan danışdığı görünür. Polisin saatlarla razı salmasından sonra Bukingem sarayına özünü qandallayan şəxs saxlanılmadan əvvəl xəstəxanaya yerləşdirilib.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər