00:00:00
Yazar
Admin User
31.01.2025 10:58 240 1 dəq oxuma
Sosial

"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi keçirilib

"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənc Fəallar və Liderlər Alyansı" İctimai Birliyi tərəfindən həyata keçirilən "İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi uğurla başa çatıb.

 

İnformator.az xəbər verir ki, layihə çərçivəsində İsmayıllı, Göyçay, Qəbələ rayonlarında və 2024-cü ilin "Gənclər paytaxtı" olan Lənkəran şəhərində təlimlər təşkil olunub.

 

Hər rayonda iki gün davam edən sessiyalarda təlimçi Günel Alızadə tərəfindən özünü tanıma, zamanı düzgün idarəetmə texnikaları, stresin idarə olunması, emosional düşüncə, münaqişələrin həlli, effektiv ünsiyyət texnikaları və digər əsas həyat bacarıqlarını əhatə edən 16 fərqli mövzuda təlimlər keçirilib.

 

Təlimlər interaktiv metodlarla – oyunlar, qrup işləri, enerjiləndirici fəaliyyətlər və praktiki sessiyalar vasitəsilə həyata keçirilib.

 

Layihədən ümumilikdə 100-dən çox region gənci faydalanıb.Təşkilatçılar bildiriblər ki, layihənin məqsədi kənd gənclərinin şəxsi inkişafına və sosial bacarıqlarının artırılmasına dəstək olmaqdır.

 

Bu kimi proqramların gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər