00:00:00
Yazar
Admin User
26.10.2023 10:33 413 1 dəq oxuma
Sosial

İnsan istəsə, hər şeyi bacarar

İnsan istəsə, hər şeyi bacarar

“Ailə bünövrəsinin düzgün qurulması çox önəmli məqamdır. Ailədə övlad-valideyn münasibəti elə qurulmalıdır ki, övlad yaşından asılı olmayaraq, hər çətin anında valideyninə üz tutmağı bacarmalıdır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Yaşam koçu Mailə Rzayeva söyləyib. Onun sözlərinə görə, valideynlər övladlarının problemlərinə çarə tapmadıqda mütəxəssisə yönəlməlidirlər.

 

“Düzgün qida, yuxu rejimi və həyat tərzi insanların həyatında əsas rol oynayır. Müasir nəsil qeyri-müəyyən, fəstfud kimi qidalara daha çox üstünlük verir. Bu qidaların tərkibində olan bəzi maddələr isə insanların orqanizminə öz mənfi təsirlərini göstərir. İlk zərər insanların psixi-depressiv hallarında müşahidə edilir. İndiki valideynlər sosial şəbəkələri qınayırlar”.

 

Mailə Rzayeva düşünür ki, sosial şəbəkələrin günümüzdə heç bir günahı yoxdur.

 

“Sosial şəbəkə ondan düzgün istifafə edənlər üçün əlverişlidir. Sosial mediadan pis məqsədlərlə istifadə edənlər, onun zərərli qarşılığını da alacaq. İradə zəifliyi olan elə insanlar var ki, onlar problemlərinin üstəsindən gəlməyi bacara bilmirlər. “Bacarmayacam” deyə düşünüb, nəticədə intihara əl atırlar. Amma insan istəsə, hər şeyi bacarar”.

 

Yaşam koçu tövsiyyə edir ki, hər kəs şəxsi inkişafları üzərində çox çalışsın, işləsin.

 

“İnsanlar əhatələrini, həyat tərzlərini və qidalarını düzgün seçməlidir. Ətraf mühit nə deyər düşüncəsi ilə yox, bu həyatda necə rahat, düzgün yaşaya bilərəm düşüncələri ilə irəliləməyi bacarmalıdırlar”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər